Ölkə

İslandiya Azərbaycan ilə oyun üçün heyətini açıqladı


İslandiya yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Ukrayna milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.


AZERFAX.AZ xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Baş məşqçi Arnar Qunnlauqsson D qrupunda noyabrın 13-də Bakıda Azərbaycan, 3 gün sonra isə Varşavada Ukrayna seçməsinə qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.

Qapıçılar: Elias Rafn Olafsson (“Midtyulland”, Danimarka), Hakon Rafn Valdimarsson (“Brentford”, İngiltərə), Anton Ari Eynarsson (“Breydablik”);

Müdafiəçilər: Loqi Tomasson (“Samsunspor”, Türkiyə), Daniel Leo Qretarsson (“Syenneryuske”, Danimarka), Hyordur Byörqvin Maqnusson (“Levadiakos”, Yunanıstan), Aron Einar Qunnarsson (“Al Qarafa”, Qətər), Sverrir İnqi İnqason (“Panatinaikos”, Yunanıstan), Viktor Palsson (“Horsens”, Danimarka), Byarki Steinn Byarkason (“Venesiya”, İtaliya);

Yarımmüdafiəçilər: Mikael Eqill Ellertsson (“Cenoa”, İtaliya), Gisli Tordarson (“Lex”, Polşa), İsak Berqmann Yohannesson (“Köln”, Almaniya), Hakon Arnar Haraldsson (“Lill”, Fransa), Andri Fannar Baldursson (“Kasımpaşa”, Türkiyə), Stefan Teytur Tordarson (“Preston”, İngiltərə), Yon Daqur Torsteinsson (“Herta”, Almaniya), Kristian Hlinsson (“Tvente”, Niderland), Yohann Berq Qudmundsson (“Əl-Zafra”, Birləşmiş Ərəb Əmirlikləri), Mikael Nevill Anderson (“Yurqorden”, İsveç);

Hücumçular: Andri Qudyonsen (“Blekbörn”, İngiltərə), Brinyolfur Villumsson (“Qroningen”, Niderland), Albert Qudmundsson (“Fiorentina”, İtaliya), Daniel Qudyonsen (“Malmö”, İsveç).

Qeyd edək ki, noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – İslandiya qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button