Ölkə

İsrail ordusu bu ölkəni bombaladı


İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq Livanın cənubunda sərhəddə yerləşən Nəbatiya qəsəbələrinə silsilə hava zərbələri endirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat paylaşıb. Məlumata görə, İsrail döyüş təyyarələri ölkənin cənubunda intensiv uçuşlar həyata keçirir. İsrail döyüş təyyarələri ardıcıl hücumlarla Nəbatiyyə şəhərinin Arnun, Kafr Tebnin və Yahmur əş-Şikayf yaxınlığındakı əraziləri hədəfə alıb. İsrail ordusu Cizzin bölgəsində bir neçə məntəqəyə hava zərbələri endirib. Hücumlar nəticəsində dəyən maddi ziyan və insan tələfatı ilə bağlı məlumat verilməyib.


Qeyd edək ki, bundan əvvəl İsrail hava qüvvələrinin Livanın cənubundakı Sayda və Nəbatiyə şəhərlərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button