İsrailli nazirlərin Avropanın 29 ölkəsinə girişi qadağan edildi

Hollandiya “persona non-qrata” elan etdiyi İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə Şengen zonasındakı 29 ölkəyə girişi qadağan edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Hollandiya Xarici İşlər Nazirliyi açıqlama verib. Açıqlamada Hollandiyanın müraciəti ilə israilli iki nazirin Şengen İnformasiya Sistemində “arzuolunmaz əcnəbilər” kimi qeydiyyata alındığını açıqlayıb. Açıqlamada deyilir ki, Şengen ölkələrinin sərhədçiləri qeydiyyata əsasən həmin şəxslərin ölkəyə girişinə icazə verməyəcək.
Qeyd edək ki, Hollandiya İsrailin ifrat sağçı nazirləri Ben-Qvir və Smotriçin Fələstin xalqına qarşı zorakılığı təşviq və qeyri-qanuni məskunlaşmaların genişləndirilməsini israrla müdafiə etdiyini açıqlamışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.