Dünya
İstanbul yenidən silkələndi

Türkiyədə 4,3 maqnituda gücündə zəlzələ olub. AZERFAX.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Təbii hadisə yerli vaxtla saat 20:33-də İstanbulun Böyükçekmece rayonunda qeydə alınıb. Zəlzələ ocağı 7,1 kilometr dərinlikdə yerləşib.
Hələlik hər hansı dağıntı və ya tələfat barədə məlumat yoxdur.