Ölkə
İstanbulun mərkəzində güclü yanğın oldu
İstanbulun Bağcılar mahalındakı Topdan Alıcılar Bazarında (İSTOÇ) yanğın baş verib. Yanğın tez bir zamanda digər müəssisələrə də keçib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilir ki, əraziyə çox sayda yanğınsöndürən maşınlar cəlb olunub. Bəzi tikililərdə kiçik partlayışlar, bəzilərində isə qismən çökmələr baş verib.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.