Ölkə

Kəlbəcərdə ağır qəza – 2 ölü, bir yaralı.

Kəlbəcərdə yol nəqliyyat hadisəsi ölümlə nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə səhər saatlarında Kəlbəcər rayonunun Qamışlı kəndində yük avtomobili idarəetmənin itməsi nəticəsində dərəyə aşıb.

Nəticədə, sərnişin 64 yaşlı Gəncə şəhər sakini M. Məmmədov hadisə yerində dünyasını dəyişib. Avtomobilin digər sərnişini 48 yaşlı Şəmkir rayon sakini R. Şahnəzərov və sürücü 37 yaşlı E. Nadirov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq R. Şahnəzərovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button