Kadir İnanırın son halı ürəkləri dağladı

İnsult keçirdiyi üçün ötən ilin martında əməliyyat olunan Türkiyənin əfsanəvi aktyoru Kadir İnanırdan xəbər var.
AZERFAX.AZ-ın məlumatına görə, məşhur aktyor yeriməyə və danışmağa çətinlik çəkdiyi üçün kənar şəxslərlə ünsiyyəti tamamilə kəsib. Sənətçi evinin qapılarını jurnalistlərin üzünə də bağlayıb.
Kadir İnanırın xanımı Jülide Kural isə narahatlıq üçün əsas olmadığını bildirib. Jülide Kural deyib ki, heç kim yalan xəbərlərə, ayrı-ayrı telekanalların keyfiyyətsiz verilişlərinə inanmasın: “Kadir bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdir”.
Qeyd edək ki, Kadir İnanır əslən Türkiyənin Ordu vilayətinin Fatsa rayonundandır. Bugünlərdə İstanbuldakı Fatsa Dərnəyinin sədri Osman Çayak Kadir İnanırı ziyarət edib. Cayak birgə fotolarını osial şəbəkədə paylaşıb.
Aktyorun son halı ürəkləri dağlayıb. Minlərlə insan 76 yaşlı sənətçiyə Allahdan şəfa diləyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



