Ölkə

Keçmiş “Qalatasaray”lı “Fənərbaxça”nı ÇL-dən kənarda qoydu


UEFA Çempionlar Liqasında (ÇL) əsas mərhələyə adlayan son 4 komanda müəyyənləşib.


AZERFAX.AZ xəbər verir ki, pley-off-un cavab görüşləri çərçivəsində Türkiyənin “Fənərbağça” klubu “Benfika”nın qonağı olub. Sabiq “Qalatasaray”lı Kərəm Aktürkoğlunun 35-ci dəqiqədə vurduğu yeganə qol “Fənərbaxça”nı ÇL-dən kənarda qoyub. “Sarı-lacivərdlilər” mübarizəni Avropa Liqasının əsas mərhələsində davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda “Ferentsvaroş”a uduzsa da, iki görüşün nəticəsinə görə ÇL-in əsas mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

27 avqust

20:45. “Qarabağ” (Azərbaycan) – “Ferentsvaroş” (Macarıstan) – 2:3

İlk oyun – 3:1

23:00. “Kopenhagen” (Danimarka) – “Bazel” (İsveçrə) – 2:0

İlk oyun – 1:1

23:00. “Benfika” (Portuqaliya) – “Fənərbağça” (Türkiyə) – 1:0

İlk oyun – 0:0

23:00. “Brügge” (Belçika) – “Reyncers” (Şotlandiya) – 6:0

İlk oyun – 3:1



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button