Ölkə

Küçə itləri uşaq bağçasını “ələ keçirib”


Binəqədi rayonunda 90 saylı uşaq bağçasının həyəti itlər meydanına çevrilib.

Bu barədə AZERFAX.AZ-a bağçanın müdiri Zərnişan Mustafayeva bildirib.


O qeyd edib ki, bağçanın həyətində hər gün 10-15 it olur:

“Valideynlərin, uşaqların, eləcə də işçilərin üstünə cumurlar, hürürlər. Hər nə qədər qovsaq da, heç bir çarəsi yoxdur, yenə gəlirlər. “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinə də müraciət etmişik, qeydiyyata alıblar, amma hələ də heç bir nəticə yoxdur”.

Qeyd edək ki, saytımızın əməkdaşları da “Toplan” ilə əlaqə yaratmağa çalışıb, amma nə zənglərə, nə də mesajlara cavab verilməyib.

Sevinc İbrahimzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button