Ölkə

Kursantlar əsgərlərlə eyni rütbəni daşıyacaq


Kursantların əsgərlərlə eyni rütbəni daşıması təklif olunur.

AZERFAX.AZ Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.


Layihəyə əsasən, kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulacaq.

Bununla yanaşı, “Kursant” hərbi rütbəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alanlara (magistratura və adyunktura səviyyələrinin proqramları üzrə təhsil alanlar istisna olmaqla) həmin təhsil müəssisələrinə daxil olduğu gündən verilir. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olana qədər “kursant” hərbi rütbəsindən yuxarı hərbi rütbə almış hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələri saxlanılır və onlar kursantların hüquqlarından istifadə etməklə onların vəzifələrini yerinə yetirirlər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button