Gəncədə xiyardan zəhərlənən ailən 5 üzvünün vəziyyəti açıqlandı – Rəsmi

Gəncədə zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olan bir ailənin beş üzvünün sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından AZERFAX.az-ın yerli bürosuna verilən məlumata görə 22.04.2025-ci il tarixində saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub:
“Funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar” deyə məlumatda bildirilib.
Xatırladaq ki, şəhər sakinləri – 1992 -ci il təvəllüdü Elvin Namazov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, onun övladları 2015-ci il təvəllüdlü Rəbiyə Ramazanlı, 2016-cı il təvəllüdlü Rüqayyə Ramazanlı və 2022-ci il təvəllüdlü Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. İlkin ehtimala görə, ailə bazardan alınan xiyardan zəhərlənib.
AZERFAX.az Qərb Bürosu