Ölkə
Məşhur aktrisanı ölümlə təhdid edirlər

Böyük tamaşaçı auditoriyasına malik olan “Uzak Şehir” serialında Zerrin obrazını canlandıran aktrisa Dilin Döyər ölüm təhdidi ilə üzləşib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə aktrisa özü açıqlama yayıb. Sənətçi deyib ki, izləyicilərindən biri sosial media hesabında onun ünvanına təhqiramiz sözlər yazıb. Hətta bununla da kifayətlənməyərək, ölümlə hədələyib. İngilis dilində yazılan mesajdan sonra Zerrin prokurorluğa şikayət edib.
Faktla bağlı cinayət işi qaldırılıb.
Polis sosial mediada saxta adla fəaliyyət göstərən həmin şəxsin kimliyini araşdırır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



