Ölkə
Madrid klubu “Barselona”nın ulduzuna elçi düşdü

“Barselona”nın futbolçusu Robert Levandovski mövsümün sonunda klubu tərk edə bilər.
AZERFAX.AZ xəbər verir ki, “Atletiko Madrid” klubu futbolçunun xidmətində maraqlıdır. Məlumata görə, “Atletiko Madrid” futbolçunu mövsümün sonunda transfer etmək istəyir. Qeyd edək ki, Robert Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı ildə yekunlaşır. “Barselona”nın futbolçunun xidmətində maraqlı olmadığı iddia edilir.
Robert Levandovskinin Səudiyyə Ərəbistanı klublarından təkliflər aldığı, lakin onun karyerasını Avropada davam etdirmək istədiyi irəli sürülüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.