Ölkə
Masallıda ağır qəza – Ölən var

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran İslam Respublikası Dövlət Sərhəd Yolunun 122-ci km-də, Masallı rayonunun Ləngan kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, “Tayota Prado” markalı avtomobil Lənkəran rayonu istiqamətdə hərəkətdə olarkən bir neçə dəfə aşıb və yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə, ilkin məlumata görə, bir azyaşlı ölüb. Avtomobildə olan digər sərnişinlər arasında da ölən və yaralıların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.