Ölkə
Mbappe bu səbəbdən Azərbaycana gəlmədi

Futbol üzrə Fransa yığma komandası Azərbaycanla oyuna ciddi itkilərlə çıxacaq. “Real Madrid”in ulduzu Mbappe də həmin gün milli komandamıza qarşı oynamayacaq.
AZERFAX.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dünən zədələn hücumçunun Azərbaycana gəlməyəcəyi bəlli olub. O, müalicə olunmaq üçün Madridə yollanıb.
Qeyd edək ki, “DÇ-2026” çərçivəsində keçiriləcək Azərbaycan-Fransa oyunu noyabrın 16-da Tofiq Bəhramov adlı stadionda baş tutacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



