Ölkə

Meşədə meyiti tapılan müəllimin ölüm səbəbi bilindi


Qusarda 27 yaşlı müəllimə intihar edib

Rayonun Aşağı Ləyər kənd sakini, F.Davıdov adına Yuxarı Ləyər kənd ümumi orta məktəbinin coğrafiya müəllimi Naibə Əhməd qızı Sanayevanın meyiti Qusar şəhərindəki Olimpiya İdman Kompleksinin arxa tərəfindəki meşə massivində aşkar edilib.

AZERFAX.AZ-ın əldə etdiyi məlumata görə, Naibə Sanayeva coğrafiya ixtisası üzrə sertifikasiya imtahanından az bal toplayıb və bu səbəbdən intihar edib.

Mərhum subay olub.

Ölüm faktını Qusar rayon prokurorluğu araşdırır.

Ülkər / AZERFAX.AZ





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button