Ölkə

Messi Dünya Çempionatında oynayacaq?


Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il Dünya Çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı açıqlama verib.


AZERFAX.AZ xəbər verir ki, ulduz futbolçu NBC-yə müsahibəsində mundialda oynamağın möhtəşəm hiss olduğunu, bunu çox istədiyini, amma hələ qəti qərar vermədiyini bildirib. O, “Inter Mayami” ilə növbəti mövsümə hazırlaşarkən fiziki vəziyyətinə görə qərar verəcəyini deyib:

“Yaşlandıqca bəzi xüsusiyyətlərini itirirsən: sürət, refleks, qərar vermə. Bəzən ağlın ayaqlarından daha sürətli işləyir. Mən isə həmişə bu boşluqları doldurmağa çalışmışam”, – deyə kapitan qeyd edib.

Qeyd edək ki, Lionel Messi 2023-cü ildən ABŞ-nin MLS liqasında çıxış etdiyi “Inter Mayami” heyətində 83 oyunda 73 qol vurub, 36 qol ötürməsi edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button