Ölkə

Messi Ronaldonu ötdü


ABŞ-da MLS-in növbəti turu çərçivəsində keçirilən oyunda “İnter Mayami” səfərdə “Nyu-York Red Bulls” üzərində 5:1 hesablı qələbə qazanıb.


AZERFAX.AZ xəbər verir ki, qonaqların heyətində argentinalı hücumçu Lionel Messi dubl edib. Bu qollar onun karyerasında penaltilər nəzərə alınmadan vurduğu 763-cü və 764-cü qollar olub.

Bununla da Messi bu göstəricidə yenidən əsas rəqibi Kriştiano Ronaldonu qabaqlayıb. Hazırda portuqaliyalının aktivində penalti zərbələri istisna olmaqla 763 qol var.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button