Ölkə

Metroda qatarların vaxtı dəyişəcək


Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq dünya şöhrətli ifaçı Castin Timberleykin konserti ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.

Bu barədə AZERFAX.AZ-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.


Tədbirin saat 20:00-da başlanması nəzərə alınaraq, metro stansiyalarının iş vaxtı iyulun 27-dən 28-nə keçən gecə 2 saat uzadılacaq. Bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq olacaq.

Məqsəd konsert iştirakçılarının gec saatlarda ictimai nəqliyyata çıxışını asanlaşdırmaq, onları mənzilbaşına rahat və təhlükəsiz çatdırmaqdır.

Konsert məkanına rahat gediş-dönüş üçün iştirakçılara “Koroğlu” stansiyasının 3 və 4-cü çıxışlarından istifadə etmək tövsiyə olunur



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Back to top button