Ölkə

Metroda tullantı qutuları niyə yoxdur?


“Bakı Metropolitenində tullantı qutularının olmamasının əsas səbəbi sərnişin təhlükəsizliyidir”.

Bunu AZERFAX.AZ-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.


Onun sözlərinə görə, sərnişin təhlükəsizliyi çoxşaxəli anlayışdır və bir neçə istiqaməti əhatə edir:

“Burada ümumi təhlükəsizlik, sanitariya təhlükəsizliyi, yanğın təhlükəsizliyi və qlobal miqyasda mümkün sui-istifadə hallarının qarşısının alınması nəzərdə tutulur. Bu risklərin hər birinə görə metrostansiyalarda tullantı qutularının quraşdırılmaması qərara alınıb. Buna baxmayaraq, Bakı Metropoliteni sanitariya-gigiyena baxımından dünyada nümunə göstərilən müəssisələrdən biridir. Stansiyaların bütün nöqtələri gün ərzində nəzarətdə saxlanılır, təmizlik işləri planlı şəkildə aparılır və ehtiyac yarandıqda dərhal müdaxilə olunur”.

“Hazırda sərnişinlərin maneəsiz, rahat və təhlükəsiz hərəkəti bizim üçün ən vacib məsələdir. Tullantı qutularının quraşdırılması gələcəkdə istisna edilmir, lakin bu gün üçün ona ehtiyac yoxdur”, – deyə B.Məmmədov əlavə edib.

Sevinc İbrahimzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button