Mixək niyə xeyirlidir? – Bunları bilməlisiniz

AZERFAX.AZ xəbər verir ki, ətirli dadı ilə yeməklərə xüsusi ləzzət qatmaqla yanaşı, sağlamlıq üçün də bir çox faydaları var. Alimlər və təbii təbabət mütəxəssisləri mixəyin tərkibindəki efir yağlarının, vitaminlərin və mineralların bədənin müdafiə sistemini gücləndirdiyini bildirirlər.
Mixək yağı diş ağrısını azaltmaq və diş ətində yaranan iltihabı aradan qaldırmaq üçün geniş istifadə olunur. Antiseptik xüsusiyyəti ağızdakı bakteriyaların çoxalmasının qarşısını alır. Həmçinin mədə turşusunu tarazlaşdırır, köp və şişkinlik kimi narahatlıqları azaldır. Yeməklərdən sonra qəbul edildikdə həzmi asanlaşdırır. Tərkibindəki antioksidant maddələr orqanizmi virus və bakteriyalara qarşı daha güclü edir. Soyuqdəymə və qripdən qorunmaq üçün də faydalıdır.
Bəzi mütəxəssislərə görə, mixəyin təbii tərkibi baş ağrısı, boğaz ağrısı və əzələ gərginliyini yüngülləşdirə bilir. Qan damarlarını genişləndirərək qan axınını sürətləndirir, ürək-damar sağlamlığını dəstəkləyir.
Mixəyi gündəlik olaraq çaylara, yeməklərə əlavə etmək mümkündür. Lakin çox istifadə olunması mədə turşusunu artıra bilər. Həmçinin, hamilə qadınlara və mədə-bağırsaq problemi olanlara həkim məsləhəti ilə qəbul etmək tövsiyə olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.