Ölkə
Mosul limanı 14 ildən sonra yenidən fəaliyyətə başladı

İraqdakı Mosul beynəlxalq hava limanı 14 ildən sonra yenidən fəaliyyətə başlayıb.
AZERFAX.AZ xəbər verir ki, hava limanından daxili uçuş həyata keçirilib. Yerli dairələrin məlumatına görə, İraq Hava Yollarına məxsus təyyarə Mosul beynəlxalq hava limanına enib. Açıqlamada qeyd olunur ki, Mosul hava limanından İraqın bütün əyalətlərinə və dünyanın müxtəlif ölkələrinə uçuşlar həyata keçirə bilər.
Qeyd edək ki, Mosul beynəlxalq hava limanı 2014-cü ildə Mosulu ələ keçirən İŞİD terror təşkilatının hücumları səbəbindən fəaliyyətini dayandırmışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



