Ölkə

Müğənni bu üsulla 71 kilo arıqladı


Türkiyəli müğənni İşın Karaca qeyri-adi üsulla arıqlayıb. Sevilən sənətçi təxminən bir il ərzində 71 kiloqram çəki verib.

AZERFAX.AZ xəbər verir ki, İşın necə arıqladığını açıqlayıb:


“Səhər yuxudan qalxanda üç-dörd dönər yeyirdim. Gün ərzində ürəyim istəyən hər şeyi yeyirdim. Bir də baxdım ki, 130 kiloyam”.

İşin Karaca 130 kilo olduğunu anlayandan sonra arıqlamağa qərar verib: “Necə arıqladım? Hamı bunu soruşur. Gündə bir dəfə yemək yeyirəm. Bu müddət 1 saat davam edir. Bir saat ərzində ürəyim istəyən hər şeyi yeyirəm. Sonra 23 saat mədəmə istirahət verirəm”.

Müğənni deyib ki, idman onun ən sevimli məşğuliyyətdir. O, 71 kilo çəki verməyini həm də davamlı olaraq idman etməsi ilə izah edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button