Nəhənglər ulduz futbolçu üçün savaşır

“Qalatasaray” Barış Alper Yılmazla yollarını ayıracağı təqdirdə “Atalanta”nın futbolçusu Ademola Lookmanı transfer etmək istəyir.
AZERFAX.AZ xəbər verir ki, “Fənərbaxça”nın da İtaliya klubunda uğurlu oyun nümayiş etdirən futbolçunun xidmətində maraqlı olduğu iddia edilir. Türkiyə mediasının məlumatına görə, “Atalanta” futbolçunu göndərmək istəmir.
Qeyd edək ki, NEOM klubunun Barış Alper Yılmaz üçün təklif göndərdiyi barədə xəbərlər dərc edilib. “Qalatasaray” əvvəlcə Barış Alper Yılmazın getməsinə razılıq verməsə də, futbolçu NEOM-dan aldığı təklifi nəzərdən keçirmək istədiyini bildirib. Fikir ayrılığından sonra klub futbolçunun fikrinə hörmətlə yanaşıb. Bildirilir ki, NEOM futbolçu üçün 40 milyon avro + sonrakı satışdan 10 faiz ödəniş şərti ilə təklif göndərib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.