NATO ölkələri Norveçdə birgə təlimlər keçirdi

NATO-ya üzv bir sıra ölkələr Norveçin şimalındakı Bodo şəhərində birgə təlimlər keçirib.
AZERFAX.AZ xəbər verir ki, ordular Rusiya ilə potensial münaqişənin hərbi strategiyasını sınaqdan keçiriblər. “Politico”nun məlumatına görə, bəzi Şimali Avropa ölkələri Birgə Ekspedisiya Qüvvələrinin bir hissəsi olaraq Norveçin şimalındakı Bodo şəhərində hərbi təlimlər keçirib. Məlumata görə, Böyük Britaniyanın hərbi nümayəndələri Rusiyadan gələn təhdidlərə qarşı hərbi strategiya hazırlamaq üçün Bodo şəhərinə səfər ediblər. Təlim ssenarisi Ukraynada atəşkəsin bitməsindən bir il sonra baş verən hadisələri təsvir edir. Təlimdə iştirak edən Britaniya müdafiə naziri Con Healey bildirib ki, Birgə Ekspedisiya Qüvvələri Rusiyadan gələn təhdidləri qiymətləndirmək və onlara cavab vermək üçün yaxşı mövqedədir və münaqişə halında NATO-dan kömək istəyə bilər.
Qeyd edək ki, Birgə Ekspedisiya Qüvvələri Birləşmiş Krallığın rəhbərlik etdiyi, İsveç, Norveç, Finlandiya, Danimarka, Estoniya, İslandiya, Latviya, Hollandiya və Litvadan ibarət koalisiyadır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



