Ölkə

Nazim Sadıxov rəqibinə nokautla qalib gəldi


Bakıda keçirilən UFC döyüş gecəsi davam edir.


AZERFAX.AZ xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan turnirin səkkizinci görüşündə yüngül çəkidə çıxış edən Azərbaycan təmsilçisi Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə qarşılaşıb.

Gərgin və maraqlı keçən görüşdə Azərbaycan təmsilçisi ikinci raundda nokautla rəqibini məğlub edib.

Gecənin əsas qarşılaşma keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. İkinci ən vacib döyüş Azərbaycan təmsilçisi Rafael Fiziyevlə çilili İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.

Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçisi Tofiq Musayev də oktaqona çıxacaq. O, qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button