Ölkə

Nepalda etirazçılar hökuməti devirdi, nazir mesajlaşma ilə seçildi


Nepalda 51 nəfərin öldüyü və minlərlə insanın yaralandığı tarixi qiyamdan sonra yeni baş nazir seçilib.

AZERFAX.AZ xəbər verir ki, Nepalı sarsıdan, nazirləri və liderləri ölkədən qaçmağa məcbur edən xalq üsyanından sonra ölkə müvəqqəti hökumət qurmaq üçün addımlar atmağa başlayıb. Bildirilir ki, yeni baş nazir yeni hökumət üzvləri tərəfindən deyil, Nepal xalqının özləri tərəfindən Discord mesajlaşma proqramı vasitəsilə seçib. Yeni baş nazirin Karkinin olacağı irəli sürülüb. Bu təyinat gənc nəsl etirazçılarının Discord-da apardıqları müzakirələrlə formalaşıb. Təxminən 120000 nəfərdən ibarət Discord qrupu gərgin müzakirələrdən sonra Nepalın növbəti baş nazirini seçib. Nepalın ilk və yeganə qadın baş hakimi olan Karki korrupsiyaya qarşı mövqeyi ilə tanınır.


Qeyd edək ki, Nepalın ən böyük etiraz aksiyası 51 nəfərin ölümü, 1300-dən çox insanın yaralanması ilə nəticələnib. Sosial media qadağası ilə başlayan iğtişaş Olinin istefasından sonra səngiyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button