Nurullah Siracov vəfat etdi – FOTO

AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.
AZERFAX.AZ lent.az-a istinadla xəbər verir ki, Nurullah Siracov bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.
Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.
Qeyd edək ki, Nurullah Siracov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, AZAL-ın təyyarəsi ilə Qroznıya bu xəstəliklə bağlı əməliyyat olunmaq üçün gedirmiş. Lakin məlum hadisə səbəbindən Nurullah Siracov əməliyyat oluna bilmədi və xəsarət alaraq, Bakıda xəstəxanaya yerləşdirildi.
Nurullah Siracov aldığı xəsarətlərdən sağalsa da, xərçəngdən xilas ola bilmədi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.