Ölkə

Oğul anasını, ata isə oğlunu öldürdü


Oğuz rayonunda 1978-ci il təvəllüdlü Zahirə Elxan qızı Qəhrəmanova yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, hadisə Calud kəndindəki fermada baş verib.

Hadisəni törətməkdə onun oğlu, 2010-cu il təvəllüdlü O.Q şübhəli bilinir.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Fakt araşdırılır.

Digər qətl hadisəsi isə Gədəbəydə qeydə alınıb.

AZERFAX.AZ Qafqazinfo.az-a istinadən xəbər verir ki, rayon sakini 1988-ci il təvəllüdlü Rəşad İlyasov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə onun atası, 1966-cı il təvəllüdlü İlqar İlyasov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button