Ölkə

Oktyabrda havanın temperaturu normadan yuxarı olub


2025-ci ilin oktyabr ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0.1- 6 dərəcə), 4 gün isə normadan aşağı (1.4-2 dərəcə) olub. Orta aylıq temperatur 18.7 dərəcə isti olub ki, bu da iqlim normasından 2.6 dərəcə yuxarıdır.

AZERFAX.AZ xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.


Onun sözlərinə görə oktyabr ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u və 12-si 26.6 dərəcə, bölgələrdə isə (Ordubad) oktyabrın 9-u 34.4 dərəcəyə qədər yüksəlib. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də 6.4 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə oktyabrın 31-də 6.1 dərəcə şaxta (Şahdağ) qeydə alınıb:

“Oktyabr ayının bəzi günlərində fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Qrızda (Quba) 10 sm qeydə alınıb. Bölgələrdə 26 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 107 faizi olmaqla Quba-Qusar zonasına (68.4 mm) düşüb. Oktyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 9 xəbərdarlıq (sarı və narıncı) verilib. Bakıda və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 15 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti 28 m/s-dək güclənib

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button