Ölkə
Özbəkistan millisi ilk dəfə dünya çempionatında oynayacaq

Özbəkistan yığması tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.
AZERFAX.AZ xəbər verir ki, özbəkistanlı futbolçular səfərdə BƏƏ komandasına qarşı 2026-cı il dünya çempionatının Asiya zonasının üçüncü raundunun qrup mərhələsinin doqquzuncu turunda 0:0 hesabı ilə heç-heçə ediblər.
Özbəkistan yığması 18 xal toplayaraq A qrupunda ikinci yerdə gedir. Üçüncü yerdəki BƏƏ komandası (14 xal) Özbəkistan yığmasını keçmək şansını itirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.