Ölkə

Pəncərə kənarında əyləşməyə görə əlavə pulla bağlı AZAL-dan açıqlama

Azərbaycan Hava Yolları (AZAL) təyyarədə pəncərə kənarında əyləşməyə görə əlavə pul verilməsi ilə bağlı iddialara cavab verib.

AZERFAX.AZ xəbər verir ki, AZAL-ın şöbə rəhbəri Fərid Hüseynov “Xəzər Xəbər”ə bildirilib ki, oturacaq seçimi xidməti, o cümlədən pəncərə kənarındakı yerlərin seçilməsi beynəlxalq aviasiya təcrübəsində qəbul olunmuş və geniş şəkildə tətbiq olunan bir yanaşmadır.
Onun sözlərinə görə, bu xidmət yalnız müəyyən oturacağı əvvəlcədən seçmək istəyən sərnişinlər üçün nəzərdə tutulmuş əlavə xidmətdir.

“Əgər sərnişin yer seçimi etmirsə, sistem onu avtomatik olaraq yerləşdirir və bu halda, hətta oturacaq pəncərə kənarında olsa belə, əlavə ödəniş tələb olunmur. Bununla yanaşı, eyni bron daxilində olan ailə üzvləri və ya sərnişin qruplarının bir-birindən ayrılmaması AZAL üçün mühüm prinsipdir və bu qaydaya ciddi şəkildə əməl olunur. Bu cür xidmətlər müasir aviasiya sahəsində fərdiləşdirilmiş yanaşmanın bir hissəsidir”, – deyə Fərid Hüseynov qeyd edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button