Ölkə
Paşinyan ilk dəfə Azərbaycanı Qurban bayramı münasibətilə təbrik etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Respublikası və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Nikol Paşinyan rəsmi “X” hesabında paylaşım edib.
“Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh, rifah və tərəqqi arzulayıram,” – deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, N. Paşinyan ilk dəfə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.