Paşinyan Rusiya ilə bağlı xəbərdarlıq etdi

Ermənistan Baş naziri Nikol Paşinyan komanda üzvlərinə Rusiya ilə bağlı xəbərdarlıq edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.
“Hakimiyyətdəki mənbələrimizə görə, Paşinyan parlamentin payız sessiyası öncəsi hakim “Vətəndaş Müqaviləsi” Partiyası fraksiyasının rəhbəri Hayk Konjoryan vasitəsilə deputatlara yeni göstərişlər verib: az danışın, çox işləyin. Həmçinin baş nazir xüsusi xəbərdarlıq edib ki, hamı bir daha Rusiya mövzularında danışmamalıdır”, – nəşr bildirib.
Mənbə qeyd edib ki, Paşinyan həmçinin bütün ermənilərin katolikosu II Qaregin haqqında danışmamaq, parlamentin vitse-spikeri, Türkiyə üzrə xüsusi nümayəndə Ruben Rubinyanın göstərişlərinə diqqətlə qulaq asmaq göstərişi verib: “İki yeni deputatı isə bir daha ağızlarını açmamağa çağırıb”.
Xatırladaq ki, Ermənistan baş naziri avqustun 31-də Çində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Hakim komandaya edilən xəbərdarlığın bundan sonra gəlməsi diqqət çəkib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.