Paytaxtda yeni işıqforlar istifadəyə verildi

Piyadaların rahat və təhlükəsiz keçidini təmin etmək üçün növbəti işlər paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində və Səbail rayonu, Bülbül prospektinin Üzeyir Hacıbəyov və Xaqani küçələri ilə kəsişməsində həyata keçirilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində iki dirək üzərində yeni düyməli piyada işıqforları quraşdırılıb. Həmçinin Səbail rayonu, Bülbül prospektinin Üzeyir Hacıbəyov və Xaqani küçələri ilə kəsişməsində yeni nəsil LED işıqlandırma ilə təchiz olunan piyada işıqforları quraşdırılaraq istifadəyə verilib.
Qeyd edilib ki, mərkəz tərəfindən bu istiqamətdə işlər davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



