Ölkə
Pirsaat çayda 3 nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən AZERFAX.AZ-a verlən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.