Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanda dəyişiklik edib.
AZERFAX.AZ xəbər verir ki, dəyişikliklə, Dövlət Mülki Aviasiya Agentliyinin nizamnamə fondu bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumlar üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin qurumların öhdəliklərinin tam icra olunduğu tarixədək istifadə olunmamış vəsait, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin mövcud nizamnamə fondu və bölüşdürülməmiş mənfəəti hesabına formalaşdırılacaq.
Nazirlər Kabinetinə 2026-cı ildən başlayaraq Agentliyin saxlanılması xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə vəsait nəzərdə tutulması ilə bağlı tədbirlər görməsi və bu Fərmandan irəli gələn məsələləri həll etməsi tapşırılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.