Ölkə
Prezident Qətər Əmirinə ikitərəfli münasibətlərlə bağlı məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Qətər əmiri Təmim bin Həməd Al Taniyə məktub göndərib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Qətərin dövlət informasiya agentliyi məlumat yayıb.
Məktubu Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov bu ölkənin xarici işlər üzrə dövlət naziri Sultan bin Səəd əl-Mureyxiyə təqdim edib.
Məlumata görə, Prezident İlham Əliyevin məktubu ikitərəfli münasibətlər, onların dəstəklənməsi və inkişafı yolları ilə bağlı məsələləri əhatə edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.