Protezlə Everestə qalxan alpinist: “İçkiyə qurşanmışdım”

Keçmiş Britaniya əsgəri Hari Budha Maqar 2010-cu ildə Əfqanıstanda minatəmizləmə əməliyyatı zamanı ayaqlarını itirib.
AZERFAX.AZ xəbər verir ki, Maqar 15 ildi protezlə hərəkət edir. Buna baxmayaraq, o, sağlam insanların sahib ola bilmədiyi uğura imza atıb. Hər iki ayağından məhrum olan Maqar çiynindəki alpinist çantası ilə 2023-cü ildə Everest zirvəsini fəth edib.
Qeyd edək ki, bu günə kimi 7000-dən çox alpinist Everestin zirvəsinə qalxmağı bacarıb. Maqar isə bu zirvəni protezlə fəth edən ilk alpinistdir.
Maqar bugünlərdə əlilliyi olan insanlara müraciət edib: “Həvəsdən düşmək lazım deyil. Məlum hadisədən sonra dərin sarsıntı keçirdim. Özümə qapanmışdım, psixologiyam pozulmuşdu. Dərdimi unutmaq üçün içkiyə qursandım. Bir müddət sonra başa düşdüm ki, bu, çıxış yolu deyil. Sonra özümü ələ aldım və qaldığım yerdən həyata davam etdim. İnsan iradəsi heç bir maneə tanımır”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



