Putin ABŞ-nin planını rədd edib?

Kreml Rusiya Prezidenti Putin və Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff arasındakı görüşlə bağlı bəyanat yayıb.
AZERFAX.AZ xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Putinin ABŞ-nin təqdim etdiyi Ukrayna sülh planını rədd etməsi ilə bağlı iddiaların doğru olmadığını bildirib. Rusiyanın ABŞ ilə sakit danışıqlara üstünlük verdiyini qeyd edən Peskovun Ukrayna böhranının həlli üçün göstərdiyi səylərə görə ABŞ-yə minnətdarlıq ifadə edib. Peskov bildirib ki, Rusiya və ABŞ prezidentləri arasında istənilən vaxt telefon danışığı mümkündür, lakin hələlik nəticələr ekspert səviyyəsində qiymətləndirilməlidir.
Peskov bəyan edib ki, ABŞ-nin təklif etdiyi planın bəzi bəndləri qəbul edilib, digərləri isə qəbuledilməz hesab edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



