Ölkə
”Qalatasaray” və “Fənərbaxça”nın istədiyi ulduz futbolçu seçimini etdi

“Qalatasaray” və “Fənərbaxça”nın transfer etmək istədiyi Qranit Xaka seçimini edib.
AZERFAX.AZ xəbər verir ki, “Bayer Leverkuzen”in futbolçusu İtaliyada futbol oynamaq istəyir. İtaliya mətbuatı Qranit Xakanın müqaviləsi ilə bağlı detalları açıqlayıb. İddialara görə, “Bayer Leverkuzen”in təcrübəli futbolçusu “Milan”la anlaşıb. Xaka “Milan” ilə illik 4 milyon avro qarşılığında 3 illik razılığa gəlib.
Xəbərdə “Milan”ın Xaka üçün “Bayer Leverkuzen”ə 10 milyon avro təklif etdiyi irəli sürülür.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.