ÖlkəSosial

Qalmaqallı direktorun məktəbi rəhbərsiz qalıb

Bakıda yerləşən məktəblərdən birində direktor vəzifəsi artıq bir ildən çoxdur ki, vakantdır.

AZERFAX.AZ AZERFAX.AZ-a  İstinadən xəbər verir ki, E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin direktor vəzifəsini Ağayev Emil Şamil oğlu müvəqqəti icra edir.
Bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov təsdiqləyib.

O bildirib ki, internat məktəbində 2024-cü ilin aprel ayından etibarən E. Ağayev tərəfindən təlim-tərbiyə prosesi normal şəkildə davam etdirilir.

Məktəbə niyə yeni direktorun təyin olunmadığı barədə isə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, 6 nömrəli məktəbin direktor vəzifəsini 2017-dən 2023-cü ilədək Yaqut Müseyibli icra edib.

Xatırladaq ki, yayılan səs yazısında “Son zəng” üçün pul yığılmasını tələb edən Y. Müseyibli bir neçə gün əvvəl 207 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button