Ölkə
“Qarabağ”ın oyununun bilet qiymətləri açıqlandı

UEFA Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Benfika” – “Qarabağ” oyunu üçün bilet qiymətləri müəyyənləşib.
AZERFAX.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti xəbər verib.
Məlumata əsasən, biletlər 40-60 avro aralığında satışa çıxarılacaq. Satış prosesi sentyabrın 5-dən başlanacaq, lakin VIP sektorların qiyməti hələ açıqlanmayıb.
Xatırladaq ki, görüş sentyabrın 16-da Portuqaliyada baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu qarşılaşma qrup mərhələsinin ilk turu olacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.