Ölkə

Qeyri-sabit hava bu bu tarixədək davam edəcək


Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Xidmətdən AZERFAX.AZ-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Zaqatalada 26, Balakəndə 10, Tovuzda 9, Gədəbəydə 4, Qax (Sarıbaş), Şəki, Şahdağ, Daşkəsən, Mingəçevir, Şəmkir, Xınalıq, Oğuz, Qusar, Qrız, Şabran, Gəncə, Şahbuz, Naxçıvanda 3 mm-dir.


Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 20 m/s-dək güclənir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 24-ü axşamadək davam edəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button