Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir?

Qohum evlilikləri tarixə qovuşur. Dəyişikliyə əsasən, nikahın bağlanmasına mane olan halların sırasına qardaş və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi, dayı və qardaş, bacıqızı, həmçinin bibi, xala və qardaş, bacıoğlu daxil edilib.
Bəs bu dəyişiklik əvvəlcədən nişanlı olanlar üçün də keçərlidir?
AZERFAX.AZ Baku tv-yə istinadən xəbər verir ki, hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, qanun 2024-cü ildə qəbul edildiyindən nişanlı olan şəxslərin də nikaha daxil olması mümkün olmayacaq:
“Əgər cütlük nikahlarını rəsmiləşdirmədən birgə faktiki ailə münasibətlərində yaşayırlarsa, bu halda onlara qanunvericiliklə hər hansı cəza nəzərdə tutulmayıb. Lakin onlar bir sıra hüquq və imtiyazlardan yararlana bilməyəcəklər. Məsələn, əmlak bölgüsü, aliment öhdəliyi və miras hüququ kimi məsələlərdə məhdudiyyətlərlə üzləşəcəklər”.
Qeyd edək ki nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması öncədən yoxlanılacaq.
Ətraflı süjetdə:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.