Ölkə
Qonşu ölkədə ardıcıl 5 zəlzələ oldu

Rusiyanın uzaq şərqində yerləşən Kamçatka vilayətində 45 dəqiqə ərzində ardıcıl beş zəlzələ qeydə alınıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı yayıb. Bildirilib ki, baş verən yeraltı təkanların maqnitudası 5,3; 5,2; 5,1 və iki dəfə də 4,8 bal olub.
Zəlzələlərin episentrləri insan məskənlərindən uzaq ərazilərdə qeydə alınıb. Dağıntı və xəsarətlə bağlı hər hansı məlumat verilməyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.