Ölkə

Qonşu ölkədə güclü zəlzələ oldu


Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

AZERFAX.AZ bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir.


Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 11 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında da hiss edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button