Qripə bənzəyən yeni ölümcül virus yayılır

İngiltərədə ilk dəfə aşkarlanan Oropouche virusu (OROV) ölkə üzrə narahatlıq yaradıb. Belə ki, 2025-ci ilin yanvar-iyun ayları arasında Braziliyadan qayıdan üç nəfərdə “Oropouche” virusu aşkarlanıb. Ölkənin rəsmi qurumları xaricə səfər edən vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb. Nadir rast gəlinən virus hələ də Cənubi və Mərkəzi Amerika ilə Karib dənizi regionunun bəzi ərazilərində yayılır. Ən böyük epidemiyalar Braziliyada qeydə alınıb.
Virus yüksək hərarət, üşütmə, baş ağrısı, əzələ və oynaqlarda ağrı, eləcə də mədə bulantısı və qusma kimi qripə bənzər simptomlara səbəb olur ki, bu da diaqnozu çətinləşdirir. Eləcə də döküntü və ishal müşahidə oluna bilər.
Alimlər xəbərdarlıq edir ki, virus ağcaqanad və həşəratlar vasitəsilə yoluxur, hamilə qadınlar üçün əlavə risklər daşıyır. Virus ana orqanizmindən plasenta vasitəsilə dölə keçə bilər ki, bu da doğum qüsurlarına səbəb ola bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



