Ölkə

Qurban Qurbanov penalti olduğu deyilən epizoddan danışdı


“Qarabağ” – “Atletik” matçında mübahisəli epizod qeydə alınıb.


AZERFAX.AZ-ın məlumatına görə, qarşılaşmanın 73-cü dəqiqəsində “Atletik Bilbao”nun müdafiəçisi Yuri Berçiçe cərimə meydançasında “Qarabağ”ın futbolçusu Mateus Silvaya qarşı kobud oynayıb. Lakin Xorvatiyadan olan hakim İqor Payaç penalti təyin etməyib.

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında həmin epizodu matçın qırılma nöqtəsi kimi dəyərləndirib:

“Bəzi epizodlar var ki, orada daha soyuqqanlı və dəqiq olmaq lazım idi. Bəlkə də, penalti epizodu matçın qırılma nöqtəsi ola bilərdi. Bəziləri dedi, var, bəziləri yox. Düzdür, mən özüm görməmişəm. Bəlkə də, bu gün məğlubiyyətə daha çox layiq idik”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button