Qvardiola barədə iddia “Siti”ni silkələdi

“Mançester Siti”nin futbolçuları Pep Qvardioladan beziblər.
AZERFAX.AZ xəbər verir ki, “beIN Sports”un aparıcısı Riçard Keys belə iddia irəli sürüb. Onun sözlərinə görə, Pep Qvardiolanın ardıcıl dörd çempionluğdan sonra futbolçular soyunub-geyinmə otağında yeni ab-hava istəyirlər. Aparıcı, “Problemləri təkcə Rodrinin yoxluğuna bağlamaq olmaz. Qvardiola yorğun görünür. Futbolçuları da ondan bezmiş ola bilər. Ola bilsin ki, onlar yeni səs istəyirlər” – deyə yazıb. Veteran şərhçi Cek Qrilişin nümunəsini irəli sürüb. İngilis ulduzun “Mançester Siti”də uğursuz oyun nümayiş etdirdiyini xatırladan Keys, futbolçunun “Everton”dakı uğurlu oyununu vurğulayıb.
Qeyd edək ki, “Mançester Siti” mövsümə “Vulves” üzərində 4:0 hesablı qələbə ilə başlasa da, “Tottenhem” və “Brayton”a məğlubiyyətlərindən sonra liqada 13-cü pilləyə geriləyib. Bəzi dairələr Pep Qvardiolanın mövsümün sonunda istefaya göndərilə biləcəyini irəli sürüblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.